İvane Maçavariani şirkətlərə müraciət edir ki, birinci kvartalda, altı ay ərzində hətta bir dəfə belə maaşı köçürülən insanlar barəsində bir iyuna qədər Gəlirlər Xidmətinə məlumat çatdırsınlar
İvane Maçavariani şirkətlərə müraciət edir ki, birinci kvartalda, altı ay ərzində hətta bir dəfə belə maaşı köçürülən insanlar barəsində bir iyuna qədər Gəlirlər Xidmətinə məlumat çatdırsınlar

Maliyyə naziri, İvane Maçavariani şirkətlərə müraciət edir ki, birinci kvartalda, altı ay ərzində hətta bir dəfə belə maaşı köçürülən insanlar barəsində maksimal olaraq tezliklə Gəlirlər Xidmətinə məlumat çatdırsınlar ki, dövlət tərəfindən ayrılan təzminatı ala bilsinlər.

Onun açıqlamasına görə, qeyd olunan məlumat bir iyuna qədər təsdiq olunmalıdır.

“Biz bir daha, bütün şirkətlərə, işlə təmin edənlərə, hüququ şəxslərə müraciət edirik ki, birinci kvartalda, altı ay ərzində hətta bir dəfə belə maaşı köçürülən insanlar barəsində maksimal olaraq tezliklə Gəlirlər Xidmətinə məlumat çatdırsınlar ki, dövlət tərəfindən ayrılan 1200 larilik təzminatı ala bilsinlər. Bir iyuna qədər bu məlumatı təsdiq etməli, bank hesablarını çatdırmalıdırlar”, – Maliyyə naziri bəyan etdi.

Onun dediyinə görə, müvafiq qərara dəyişiklik edildi və fövqəladə vəziyyətin ləğv olunmasına qədər olduğu müddət bir iyuna qədər uzadıldı.