İvane Maçavariani - xaricdən alınası 1.5 milyard dollardan 850 milyonu artıq imzalanıb
İvane Maçavariani - xaricdən alınası 1.5 milyard dollardan 850 milyonu artıq imzalanıb

Xaricdən alınası 1.5 milyard dollardan bu mərhələdə 850 milyonluq müqavilə artıq imzalanıb, – bu barədə Maliyyə naziri, İvane Maçavariani anti-böhran büdcəsinin təqdimatından sonra jurnalistlərin sualına cavab olaraq bəyan etdi.

Onun dediyinə görə, ilin sonuna kimi Gürcüstan demək olar bütün məbləği alacaq.

“1.5 milyard dollardan bu mərhələdə 850 milyonluq müqavilə artıq imzalanıb, bir hissəsi artıq gəlib, bir hissəsi imzalanıb. Müqavilə üzərində işlər aparılır. İlin sonuna kimi Gürcüstan demək olar bütün məbləği alacaq”, – Maçavariani bəyan etdi.

Elə onun bəyan etdiyin görə, məbləğin səfərbərliyi artıqlaması ilə baş verdi və lazım gəldisə, tam resusurs elə bu il xərclənməyəcək.