İvane Maçavariani - İqtisadi artıma orientləşdirilmiş büdcə və vergi mühiti əvəz edilməyəcək
Gürcüstanın makroiqtisadi stabilliyinə qarşı heç bir təhlükə yaranmır, – bu barədə bəyanatı Maliyyə Nazirliyinə namizəd İvane Maçavariani verdi.
Onun dediyinə görə, xarici borcun və vergilərin artırılması planlaşdırılmayıb.
“Elə bir yanlış düşüncə yaranmamalıdır ki, guya biz mövcud olan makroiqtisadi stabilliyi dağıtmağa çalışırıq. Mənim nazir olduğum müddətdə bu olmayacaq” – dedi İvane Maçavariani.