İvane Maçavariani - Bildiyim qədəri ilə "Kartu" fondu və "Vivus" şirkəti arasında razılaşma olub
Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani bəyan edir ki, borcların sıfırlanması proqramı ilə bağlı Vivus şirkəti ilə danışıqlar davam edir.
“Bildiyim qədəri ilə “Kartu” fondu və “Vivus” şirkəti arasında razılaşma olub və müəyyən meyarları qane edən və bir ildən artıq müddətdə borcu olanlar qeyd olunan təşəbbüsdən artıq problemsiz istifadə edə bilərlər”, – dedi Maliyyə Naziri “İmedi” teleşirkətinin efirində borcların sıfırlanması təşəbbüsü haqqında danışarkən.
Xatırladaq ki, bir neçə gün bundan öncə Maliyyə Naziri bəyan etmişdi ki, borcların sıfırlanması prosesi Vivus şirkətinin müştəriləri üçün qüvvədə deyildi, çünki şirkət bu təşəbbüsdən imtina etdi və bununla bağlı şirkətlə danışıqlar aparılır.
Daha sonra, Vivus şirkəti bəyanat yaydı və hökümətin təşəbbüsünə qoşulmağa hazır olduğunu bildirdi.