İvane Çxaidze - uşaqlarda yoluxma göstəricisi mühüm dərəcədə artıb, vaksinasiyanın çox böyük əhəmiyyəti var
Milli immunizasiya məsləhətçilər texniki qrupun rəhbəri, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, İvane Çxaidzenin məlumatına görə, uşaqlarda vaksinasiya tempi artıb, lakin daha artıq fəallıq lazımdır.
Həkimin bəyan etdiyinə görə, uşaqların vaksinasiyası pandemiya ilə mübarizədə əhəmiyyətlidir.
“Uşaqlarda yoluxma göstəricisi mühüm dərəcədə artıb. Əgər 2020-ci ildə yoluxanların sayının on faizini təşkil edirdisə, indi iki dəfə artıqdır və sentyabr göstəriciləri ilə 20.4 faizdir. Gürcüstanda uşaqların vaksinasiyası pandemiya ilə mübarizədə əhəmiyyətlidir. Hələlik Gürcüstanda bu proses aktiv deyil, lakin hər gün artan göstərici var, əgər İaşviliyə vaksinasiya üçün ilk günlər ərzində 1-2 uşaq müraciət edirdisə,son günlərdə 8-10 uşaq vaksinasiya edir”, – Çxaidze bəyan etdi.