İvane Abaşidze – Anaklia dərin dəniz limanının tikintisi daha bir, yeni mərhələyə keçdi, giriş kanalının və dönmə hovuzunun dərinləşdirilməsinə başladıq

19:23, 01.09.2026

 

Anaklia dərin dəniz limanının tikintisi daha bir, yeni mərhələyə keçdi – giriş kanalının və dönmə hovuzunun dərinləşdirilməsinə başlanıldı – bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin direktoru İvane Abaşidze bildirib.

Onun sözlərinə əsasən, ərazidə tikinti işlərini Belçika şirkəti “Jan De Nul” qrupunun donanmasına aid iki gəmi – “Al-Idrisi” və “Tristao Da Cunha” birgə həyata keçirirlər.

İvane Abaşidzenin izahına əsasən, limanın tikintisi artıq yeni, daha mürəkkəb mərhələyə keçib.

“Bu, tərəfdaşlarda daha böyük etimad yaradır, xüsusən də Gürcüstan dəhlizinə, Gürcüstanın nəqliyyat-logistika sektoruna qarşı və bizə çox böyük zəmanət verir ki, son illərdə, xüsusən də son iki il ərzində Gürcüstana cəlb edilən və artan yük axınları Gürcüstanın tranzit dəhlizində qalacaq və Anaklia limanı məhz Gürcüstandan keçən tranzit dəhlizləri vasitəsilə bu artmış yük axınlarına xidmət edəcək” – İvane Abaşidze qeyd edib.

Oxşar