İtaliyaya səfəri çərçivəsində Tamar Baqrationi Müqəddəs Taxt-Tacın xarici işlər naziri, Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi ilə görüşüb
İtaliyaya səfəri çərçivəsində Gürcüstanın birinci xanımı Tamar Baqrationi Müqəddəs Taxt-Tacın xarici işlər naziri, Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qaleher ilə görüşüb.
Prezident Administrasiyası, görüşdə Tamar Baqrationinin Gürcüstan üçün Müqəddəs Taxt-Tac ilə münasibətlərin xüsusi əhəmiyyətini vurğuladığına və iki ölkə arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfəyə görə arxiyepiskopa təşəkkürünü bildirdiyinə dair məlumat verir.
Söhbət zamanı mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa da diqqət yetirilib. Vatikanda gürcü mədəniyyətinin və musiqi ənənələrinin təqdim olunmasının əhəmiyyəti, həmçinin Vatikan arxivlərində və kitabxanalarında qorunan, Gürcüstan tarixini əks etdirən unikal materialların öyrənilməsi imkanları qeyd olunub.
Görüşdə həmçinin Vatikan və Roma universitetlərində gürcü gənclərin təhsil almasına dəstək göstərilməsi və onlar üçün ayrılan təqaüdlər barədə danışıblar.
Söhbətin sonunda Tamar Baqrationi qeyd edib ki, cari ildə Gürcüstan xristianlığın dövlət dini elan olunmasının 1700 illik yubileyini qeyd edir. Bu mühüm tarix Gürcüstanın çoxəsrlik xristianlıq ənənələrini və ölkənin Müqəddəs Taxt-Tac ilə tarixi bağlarını bir daha nümayiş etdirir.