İtaliyaya səfəri çərçivəsində Marko Rubio Corcia Meloni və Antonio Tayan ilə görüşüb
İtaliyaya səfəri çərçivəsində Marko Rubio Corcia Meloni və Antonio Tayan ilə görüşüb

ABŞ Dövlət katibi Marko Rubio Romada İtaliyanın Baş naziri Corcia Meloni və Xarici İşlər naziri Antonio Tayan ilə görüşüb.

Səfər çərçivəsində Rubio simvolik hədiyyə də alıb – öz ailəsinin nəsil ağacını, kökləri Piyemont bölgəsinə, konkret olaraq Kazale Monferato şəhərinə gedib çıxan. Məhz bu şəhərin bələdiyyə və kilsə arxivlərində aparılan araşdırmalar nəticəsində onun nəsil ağacı hazırlanıb.

“Bu, həqiqətən böyük şərəfdir və xüsusi bir an, bütün bu məlumatları almaq. Mükəmməl bir təcrübədir və bu, mənim tezliklə geri dönmək, bölgəni tanımaq, keçmişlə əlaqə qurmaq üçün bir səbəbdir. Ümid edirəm, bu həm də gələcəkdə birgə necə işləyə biləcəyimizə ilham verəcək,” – deyə Marko Rubio bildirib.

Görüş zamanı ABŞ Dövlət katibi qeyd edib ki, hələ yaxşı italyan dilində danışa bilmir, çünki dil öyrənmə tətbiqinin abunəliyi bitib və yeniləyə bilməyib, amma vəd edib ki, növbəti səfərdə italyan dilində danışacaq.

“Bildiyiniz kimi, mən ispan dilində danışıram, bu isə italyan dilinə çox oxşayır. Mən italyanca məşq edirəm, amma Babbel (dil öyrənmə tətbiqi) abunəliyim bitdi, buna görə indi abunəliyi yeniləməliyəm ki, işləməyə davam edim. Növbəti səfərdə, birlikdə görüşlərə gedəndə qulaqcıq belə istifadə etməyəcəyəm. Mən hər şeyi başa düşürəm, sadəcə bu dildə sizə necə cavab verəcəyimi öyrənməliyəm. Beləliklə, növbəti dəfə geri dönəndə italyan dilində sözümü deyəcəyəm,” – deyə Marko Rubio bildirib.