İtaliyanın İskia adasında baş verən sürüşmə nəticəsində ondan çox insan itkin düşüb

11:29, 27.11.2022

İtaliyanın məşhur kurortlarından biri olan İskia adasında baş verən sürüşmə nəticəsində ondan çox insan itkin düşüb. Məlumat yayılır ki, xilasedicilər qadın cəsədini aşkar ediblər.

Noyabrın 26-da adada səhər saatlarından başlayan güclü yağış sel və torpaq sürüşməsinə səbəb oldu. Sürüşmə evləri uçurub apardı. Palçıq uçqunu və aşmış ağaclar avtomobilləri apardı.

Əlverişsiz hava şəraiti səbəbindən xilasedicilər onlarla evə çata bilmirlər. Daxili işlər naziri, Mateo Piantedos vəziyyəti çox çətin adlandırır.

Oxşar