İtaliyanın daxili işlər naziri İspaniya ilə Şengen sazişinin dayandırılması müddətinin 15 gün uzadıldığını bəyan edir

11:49, 01.10.2026

 

İtaliya hökuməti İspaniya ilə Şengen sazişinin dayandırılması müddətini daha 15 gün uzadıb.

İtaliyanın daxili işlər naziri Mateo Piantedozi Miqrasiya və Sərhəd Təhlükəsizliyi Məsələləri Komitəsi ilə danışdıqdan sonra İspaniya ilə hava və dəniz sərhədlərində yoxlamaların 15 gün müddətinə uzadılmasına qərar verib.

Qərarın qəbul edilməsinə Seutada mövcud olan vəziyyət səbəb olub. İtaliya hökuməti bu qərar barədə Avropa Komissiyasını və Avropa İttifaqına üzv digər dövlətlərin daxili işlər nazirlərini məlumatlandırıb.

Məlumat üçün bildirək ki, avqustun 1-dən etibarən İtaliyanın hava limanlarında və dəniz limanlarında İspaniyadan gələn sərnişinlərin seçmə qaydada yoxlanılması həyata keçirilir.

Cavab olaraq İspaniya hökuməti İtaliyadan gələn reyslərə və gəmilərə sərhəd nəzarəti tətbiq edəcəyini bəyan edib.

Oxşar