İtaliyanın Boloniya şəhərində polis və etirazçılar arasında qarşıdurma baş verib

21:14, 21.07.2026

 

İtaliyanın Boloniya şəhərində etiraz aksiyası zamanı yaşanan iğtişaşlar nəticəsində azı 64 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

Media, aksiyanın iyulun 19-da baş vermiş insidentlə bağlı olmasına dair məlumat verir. İnsident zamanı Mərakeşli Abderahim Fakiri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən həlak olub.

“BBC”nin yazdığı kimi, həbs anını əks etdirən kadrlar yayımlandıqdan sonra şəhərdə genişmiqyaslı etiraz aksiyası planlaşdırılıb və gün ərzində dinc şəraitdə keçib. Vətəndaşlar insidentdə iştirak edən polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edirdilər. Lakin daha sonra bir neçə şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya girib və aksiya iğtişaşlara çevrilib.

Oxşar