İtaliya hökuməti koalisiyasının dağılmasından sonra baş nazir, Mario Draqi istefa verdi. “Reuters” agentliyi yazır ki, Mario Draqi artıq prezident, Sercio Mattarellaya vəzifəsindən getməsi ilə bağlı bəyanatla müraciət edib.
Prezidentin aparatında qeyd edildiyi kimi, prezident baş nazirin istefasını məlumatınə qəbul etdi və Mario Draqidən hökumət başçısının vəzifələrini icra etməyi xahiş etdi.
Bununıla yanaşı, İtaliya prezidenti Sercio Mattarellanın bundan sonra hansı qərarı verəcəyi hələlik məlum deyil. Bu həftənin əvvəlində Sergio Mattarellanın Parlamenti buraxmaq və oktyabrda növbədənkənar seçkilər təyin etməyi planlaşdırdığı xəbəri yayıldı.
Bu gün prezidentin, Parlamentin hər iki palatasının spikerləri ilə görüşü nəzərdə tutulub. Draqinin əsas koalisiya partnyorları iyulun 20-də hökumətə etimad səsverməsində iştirak edə bilmədikdən sonra, İtaliyanın hakim koalisiyası dağıldı və bu, hakimiyyətdə 18 aylıq siyasi parçalanmaya işarə etdi.
Mario Draqi keçən həftə ortaqlarından biri olan “5 Ulduz Hərəkatının” enerji qanun layihəsinə səsverməni boykot etməsi ilə hökumətin gələcəyini sual altına qoyduqdan sonra da istefa verdiyini açıqlamışdı. Lakin, İtaliya prezidenti Sercio Mattarella Mario Draqinin istefa tələbini təmin etməmişdi.