İtaliyanın Baş naziri Corcia Meloni Vaşinqtonda Donald Trampla görüşəcək

14:14, 17.04.2025

 

İtaliyanın Baş naziri Corcia Meloni Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bu barədə məlumatı “Euronews” yayır.

Qərb mediasının qiymətləndirmələrinə əsasən, Meloni Avropa İttifaqı və ABŞ arasında vasitəçi kimi liderliyi gücləndirəcəyinə ümid edir.

Medianın yazdığı kimi, Corcia Meloninin Donald Trampla ilk rəsmi ikitərəfli görüşü həlledici zamanda baş tutur. Tramp Avropa İttifaqını ticarət müharibəsi ilə hədələdiyi bir vaxtda, onun səfəri gərginliyin artmasının qarşısını almaqda İtaliya və Avropa üçün həlledici dəstək ola bilər.

Görüşün gündəliyinə iqtisadiyyat, sənaye sektoru və müdafiə daxildir. Meloni Avropa İttifaqı tərəfindən təklif olunan, sənaye mallarına Amerika Birləşmiş Ştatları ilə sıfır rüsum təşəbbüsünü dəstəkləyir. ABŞ, İtaliyanın Avropa İttifaqından kənardakı ən böyük ticarət bazarıdır.

Oxşar