İtaliyanın Baş naziri “Albaniya modeli”nə bənzər olaraq Miqrantların Repatriasiya Mərkəzlərinin Ermənistan, Monteneqro və Afrika daxil olmaqla digər ölkələrdə açılması təşəbbüsü ilə çıxış edir
İtaliyanın Baş naziri “Albaniya modeli”nə bənzər olaraq Miqrantların Repatriasiya Mərkəzlərinin digər ölkələrdə də açılması təşəbbüsü ilə çıxış edir. İtaliya mediasının xəbər verdiyi kimi, baş nazir Corcia Meloni qanunsuz miqrasiyanı idarə etmək üçün Avropa İttifaqı Şurasının avqustun 4-nə planlaşdırılan iclasında Avropa İttifaqının maliyyələşdirməsi ilə qurumun hüdudlarından kənarda, o cümlədən Ermənistan, Monteneqro və Afrika ölkələrində qanunsuz miqrantların yerləşdirilməsi mərkəzlərinin yaradılması təklifini təqdim etməyi planlaşdırır.
Bu təşəbbüsdən əvvəl Corcia Meloni ilə Danimarkanın Baş naziri Mette Frederiksen arasında telefon danışığı olub.
İtaliya mediası yazır ki, Meloni miqrasiya siyasətinin Avropa tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır.
Meloni, həmçinin Avropa İttifaqı Şurasından bu il təsdiqlənmiş “GSP+” proqramının daha sərt şəkildə icra olunmasını xahiş etməyi planlaşdırır. Bu proqram Avropa İttifaqı ölkələrində qanunsuz şəkildə olan öz vətəndaşlarının geri qaytarılmasında səmərəli əməkdaşlıq edən inkişaf etməkdə olan ölkələr üçün tarif güzəştlərini nəzərdə tutur.