İtaliyanın 18 şəhərində isti havaya görə ən yüksək təhlükə səviyyəsi elan edilib. Bu haqda məlumatı “Guardian” yayır.
İtaliyanın 18 şəhərində isti havaya görə ən yüksək təhlükə səviyyəsi elan edilib
Medianın yazdığı kimi, güclü isti hava fonunda 24 saat ərzində beş nəfər həlak olub.
Həlak olanlar arasında tarlada işləyərkən dünyasını dəyişən iki kişi, isti hava fonunda infarkt keçirən bir nəfər, bir evsiz şəxs və tikinti sahəsində huşunu itirən bir fəhlə var.
Ekstremal istilər İtaliyada həmçinin elektrik enerjisi şəbəkəsində fasilələrə səbəb olub. Bu səbəbdən Florensiyadakı “Uffizi” qalereyasında kondisioner sistemi nasazlıqlarla işləyib. Muzey rəhbərliyi ziyarətçilərin sayını məhdudlaşdırmaq və bilet satışını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Bir neçə regional hökumət tikinti və kuryer xidməti əməkdaşlarının günün ən isti saatlarında açıq havada işləməsini qadağan edib.