Hökumət administrasiyasının məlumatına görə, baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə koronavirusla bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclasını keçirdi.
Şura iclasında hökumət başçısı Gürcüstanda koronavirusa yoluxmuş 15 nəfərin sağlamlıq durumu və dünyada mövcud epidemiologiya vəziyyəti barəsində məlumat dinlədi.
Xarici İşlər naziri, David Zalkalianinin məlumatına görə, İtaliyada Gürcüstan Səfirliyi İtaliyanın müxtəlif şəhərində olan Gürcüstan vətəndaşlarının Romaya aparılmasını həyata keçirir. Buradan onların Gürcüstan göndərilməsi baş verəcək.
İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava koordinasiya şurasına məlumat çatdırdı ki, hava gəmisi artıq İtaliyaya göndərilib və Gürcüstan vətəndaşlarının Gürcüstana qaytatılması yaxın zamanlarda baş verəcək.
İtaliyadan dönən Gürcüstan vətəndaşları yoxlamadan sonra 14 günlük məcburi karantini keçəcəklər.
Bununla yanaşı, koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası vətəndaşlara izolasiya qaydalarını müdafiə etmələri barəsində xəbərdarlıq verdi.