İtaliyada vaxtından əvvəl Parlament seçkiləri keçirilir
İtaliyada vaxtından əvvəl Parlament seçkiləri keçirilir. Seçki məntəqələri ölkə üzrə səhər saat 07:00-da açıldı. Seçicilərin saat 23:00-dək səs vermək imkanı olacaq. Parlament seçkilərinin ilkin nəticələri məhz bu vaxtı məlum olacaq.
İtalyanlar 200 senator və 400 deputat seçirlər. Son sorğulara görə, İtaliyada sağçı koalisiya liderlik edir. Əgər onlar qalib gəlsələr, İtaliyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə ultrasağçı hökumət və qadın baş nazir olacaq.