İtaliyada son 70 il ərzində ən güclü quraqlıq var
İtaliyada son 70 il ərzində ən güclü quraqlıq var

İtaliyada son 70 il ərzində ən güclü quraqlıq var. Ölkənin ən böyük çayı quruyur, beş bölgədə fövqəladə vəziyyət elan edilib. Məlumatı “BBC” yayır.

Medianın məlumatına görə, Ölkənin ən böyük Po çayı qurumuğı davam etdirir. Ekspertlərin dəyərləndirməsinə görə, quraqlıq yaz-yayda yağıntının az olması, yüksək temperatur və qışda qarın olmaması səbəbindən əmələ gəlib.

İyulun əvvəlində çayın quruması ilə əlaqədar İtaliyanın beş bölgəsində fövqəladə vəziyyət elan edilmişdi, on munisipalitetdə su istifadəsi məhdudiyyəti qoyulmuşdu.

Çayın quruması bəzi rayonlarda əkin sahələrinin məhvinə səbəb oldu. Yerli fermerlərin məlumatına görə, quruma ilə əlaqədar çayın bir neçə hissəsinə duzlu dəniz suyu daxil oldu, bu da məhsul üçün ziyanlıdır.

Po çayı Alp dağlarından Adriatik dənizinə qədər 650 kilometr məsafəyə axır. Çay minlərlə hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün istifadə olunur. İtaliyanın kənd təsərrüfatı sektorunun demək olar ki, üçdə biri ondan asılıdır.

Ekspertlər qeyd edirlər ki, indiki vəziyyət gələcəkdə qeyri-adi olmayacaq və İtaliya əhalisi buna uyğunlaşmalı olacaq.