İtaliyada son 24 saatda koronavirus səbəbi ilə 99 nəfər dünyasını dəyişib
İtaliyada son 24 saatda koronavirus səbəbi ilə 99 nəfər dünyasını dəyişib. ″Reuters″ agentliyinin yazdığı üzrə,martın 9-dan sonra ilk dəfə,İtaliyada koronavirusdan gündəlik ölüm göstəricisi 100-dən aşağıdır.
Ölkədə Covid 19-a 451 yeni yoluxma halı qeydə alınıb.Bu rəqəm martın 2-dən sonra qeydə alınan ən aşağı göstəricidir.İtaliyada koronavirusa 32 007 nəfər qurban gedib.Dünyasını dəyişmiş insanların sayına görə,İtaliya dünyada ABŞ və B.Britaniyadan sonra 3-cü yerdə qərarlaşır.
Cəmdə, ölkədə koronavirusa 225 886 yoluxma halı təsdiqlənib.
Hazırladı-Sevinc Mustafayeva