İtaliyada son 24 saat ərzində koronavirusun 37 242 yeni halı aşkar edildi, 699 pasiyent vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusun 37 242 yeni halı aşkar edildi, 699 pasiyent vəfat etdi.
Məlumatı “Qardian” nəşri yayır. Ölkə miqyası ilə, 34 mindən artıq insan hospitallaşdırılıb. Buradan 3 748 pasiyent intensiv terapiya şöbəsinə yerləşdirilib.
Virusun yayılmasından bu günə qədər İtaliyada koronavirusun 1 345 767 halı qeydə alınıb, 48 569 insan vəfat edib.