İtaliyada son 24 saat ərzində koronavirusdan 237 pasiyent vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusdan 237 pasiyent vəfat etdi. Bu isə, ötən günün göstəricisində 180 ilə azdır.
Müvafiq məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ötən bir gün ərzində ölkədə koronavirusa yoluxmanın 11 252 yeni halı aşkae edildi.
Pandemiyanın yayılmasından bu günə qədər İtaliyada koronavirusun 2.5 milyon təsdiq olunmuş halı qeydə alınıb, 88 279 insan vəfat edib. Ölüm halları göstəriciləri ilə, ölkə dünyada altıncı yerdədir.