İtaliyada "Şimal axını"nın partladılmasında şübhəli bilinən ukraynalını saxlayıblar
İtaliyada "Şimal axını"nın partladılmasında şübhəli bilinən ukraynalını saxlayıblar

 

İtaliyada “Şimal axını”nın partladılmasında şübhəli bilinən ukraynalını saxlayıblar, bu haqda məlumatı “Spiegel” yayır.

Nəşrin məlumatına əsasən, İtaliya polisi Ukrayna vətəndaşı Serqey L.-ni Rimini rayonunda saxlayıb. O, Avropa orderi əsasında saxlanılıb.

“Spiegel”in yazdığı kimi, “Şimal axını” boru kəmərinə hücum 2022-ci ilin sentyabrında ukraynalı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Məlumat yayılır ki, dalğıcları dənizin dibində partlayıcı maddəni quraşdıra bilmələri üçün boru kəmərinə qədər yelkənli yaxta ilə aparıblar.

Serqey L. “Andromeda” adlı gəmidə olub. Prokurorluq hesab edir ki, saxlanılan şəxs dalğıc olmayıb və ehtimal ki, koordinator rolunu yerinə yetirib.

İtaliyanın hüquq-mühafizə orqanlarında Serqey L.-nin Almaniyaya nə vaxt ekstradisiya ediləcəyinin hələlik bilinmədiyini deyirlər.

Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti dəfələrlə bəyan edib ki, Ukraynanın “Şimal axını”nın partladılması ilə heç bir əlaqəsi yoxdur.