İtaliyada şagirdlər koronavirusa görə, məktəblərin bağlanmasına etiraz edirlər
İtaliyada koronavirusa görə, məktəblərin bağlanılmasına etiraz etmək üçün şagirdlər məktəb binası önüə toplaşırlar və distansiyalı dərslərində oradan iştirak edirlər. Etiraz aksiyalarının təşəbbüskarı 12 yaşlı Turunli Anita Yakovelidir. Onun dediyinə görə, aksiyalarn məqsədidir ki, göstərsinlər məktəblər təhlükəsizdir.
Anita və onun dostları 6 noyabrdan sonra məktəb qarşısında toplaşırlar və dərslərdə leptoplarla distansiyalı şəkildə iştirak edirlər. Onlar həmçinin plakat nümayiş etdirirlər- “təhsil bizim hüququmuzdur”.
Turində başlayan etiraz hərəkatı az sonralar bütün İtaliyanı əhatə etdi.
Xatırladaq ki, İtaliyada pandemiyaya görə, məktəblər altı ay bağlı idi. Sentyabrda tədris prosesi bərpa olundu, lakin virusun artması səbəbindən tədris yenə distansiyalı rejimdə davam etdirildi.