İtaliyada koronavirusun 642 yeni halı aşkar edildi, bu isə, may ayından sonra ən yüksək göstəricidir
İtaliyada koronavirusun 642 yeni halı aşkar edildi. Bu may ayından sonra qeydə alınan ən yüksək göstəricidir.
“Qardianın” məlumatına görə, son 24 saat ərzində ölkədə virus nəticəsində yeddi insan vəfat etdi.
Virusun yayılmasından bu günə qədər İtaliyada koronavirusun 255 178 təsdiq olunmuş halı aşkar edilib, 35 412 insan vəfat edib.