İtaliyada koronavirusun 10 872 yeni halı qeydə alındı
İtaliyada koronavirusun 10 872 yeni halı qeydə alındı

İtaliyada son 24 saat ərzindən koronavirusun 10 872 yeni halı aşkar edildi və virusdan 415 insan vəfat etdi. Məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Nəşrin məlumatına görə, bazar ertəsi, bir qayda olaraq İtaliyada göstəricilər sayı aşağıdır, çünki istirahət günlər nisbətən az test edilir.

Pandemiyanın yayılmasından bu günə qədər İtaliyada koronavirusun 1 964 054 təsdiq olunmuş halı qeydə alınıb, 69 214 insan vəfat edib.