İtaliyada iki nəfərdə ehtimal ki, "Ebola" virusu aşkar edilib, İtaliyanın Səhiyyə Nazirliyində İtaliyada "Ebola"nın yayılma riskinin olduqca aşağı olduğunu bəyan edirlər
İtaliyada iki nəfərdə ehtimal ki, "Ebola" virusu aşkar edilib, İtaliyanın Səhiyyə Nazirliyində İtaliyada "Ebola"nın yayılma riskinin olduqca aşağı olduğunu bəyan edirlər

 

İtaliyada iki nəfərdə ehtimal ki, “Ebola” virusu aşkar edilib. “Euronews”un xəbər verdiyi kimi, virusa yoluxma ilə bağlı ehtimal olunan hallar Komo əyalətində qeydə alınıb, bu səbəbdən Lombardiya regionunda xəbərdarlıq yayılıb, lakin İtaliyanın Səhiyyə Nazirliyində İtaliyada “Ebola”nın yayılma riskinin olduqca aşağı olduğunu bəyan edirlər.

Söhbət humanitar təşkilatın əməkdaşları kimi üç ay keçirdikləri Uqandadan son 24 saat ərzində İtaliyaya qayıdan bir qadın və bir kişidən gedir. Onların hər ikisində artıq “Ebola” üçün xarakterik olan simptomlar özünü biruzə verib. Bunlar qızdırma, qusma və bağırsaq problemləridir.

Onların hər ikisi Milanın infeksion xəstəxanasına yerləşdirilib. Həkimlər onların ailə üzvlərinin vəziyyətini də müşahidə edirlər. Yerli hakimiyyət orqanları pasiyentlərdə həqiqətən “Ebola” virusunun olduğunu hələlik təsdiqləməyiblər.