İtaliyada etiraz aksiyaları qarşıdurmalar fonunda keçirilir

22:07, 30.10.2026

 

Romada Kolizey yaxınlığında yürüş iştirakçıları ilə polis arasında qarşıdurma baş verib. Məlumatı yerli media yayır.

Yürüşdən təxminən 300 nəfər ayrılıb, küçədə barrikadalar qurub, zibil qutularını, skuterləri yandırıb və polisə əşyalar atıblar. Yürüş iştirakçılarının bir hissəsi isə çadırlar qurub və həftənin sonuna qədər orada qalacaqlarını bəyan ediblər.

Etiraz aksiyasının iştirakçıları Milanda magistral yolu bir neçə saatlıq bağlayıblar. Yayılan məlumatlara əsasən, nümayişə 30 min nəfər çıxıb.

Turində polis mitinq iştirakçılarını dağıtmaq üçün su şırnağından istifadə edib. Aksiyanın təşkilatçılarının məlumatına əsasən, küçələrdə 50 mindən çox insan var. Onlar artan yaşayış xərclərinə etiraz edirlər.

Viçentsada polislərə pirotexnika atılıb, nəticədə dörd polis yaralanıb. Mestredə isə yeddi polis əməkdaşı xəsarət alıb.

İtaliyada bu gün limanlarda da silah daşınmasına qarşı aksiyalar keçirilib. İtaliyada tətilin yeni dalğası noyabrın 20-nə də planlaşdırılır.

Oxşar