İtaliyada əlverişsiz hava şəraiti üçüncü gündür davam edir, ən ağır vəziyyət Liquriya və Toskana regionlarındadır
İtaliyada əlverişsiz hava şəraiti artıq üçüncü gündür davam edir. Ən ağır vəziyyət Liquriya və Toskana regionlarındadır.
Yerli medianın məlumatına əsasən, Pezaro-e-Urbino əyalətində Metauro çayı məcrasından çıxıb və bir neçə bələdiyyəni su basıb.
Genua əyalətinin Karasko şəhərində torpaq sürüşməsi təhlükəsi səbəbindən əhalinin təxliyəsi həyata keçirilib.
Liman şəhəri La-Spetsiyada su onlarla mağazaya, emalatxanaya və anbara dolub. Yerli sahibkarlar birliyi “Confcommercio”nun məlumatına əsasən, mallara, mebelə və texnikaya ziyan dəyib.
Bununla yanaşı, ötən gecə yanğınsöndürənlər 16 miqrantı xilas ediblər. Onlar İtaliya–Fransa sərhədi yaxınlığında, Ventimilya şəhərində dəmir yolu körpüsünün altında olublar. Rua çayı qəfildən daşıb və onlar təhlükəsiz yerə keçməyi çatdıra bilməyiblər.