İtaliyada ekstremal istiyə görə beş nəfər həlak olub, 18 şəhərdə "qırmızı" təhlükə səviyyəsi elan edilib
İtaliyada ekstremal istiyə görə beş nəfər həlak olub, 18 şəhərdə "qırmızı" təhlükə səviyyəsi elan edilib

 

İtaliyada ekstremal istiyə görə son məlumatlara əsasən, beş nəfər həlak olub, onlardan ikisi 75 və 60 yaşında olub.

Genuyada 85 yaşlı kişi susuzlaşma diaqnozu ilə yerləşdirildiyi xəstəxananın təcili yardım şöbəsində ürək çatışmazlığından dünyasını dəyişib.

İtaliyanın Səhiyyə Nazirliyi iyulun 3-də Roma, Milan, Turin, Bolonya, Genuya və Palermo da daxil olmaqla 18 şəhərdə “qırmızı” təhlükə səviyyəsi elan edib, bu isə o deməkdir ki, isti şiddətlidir.