İtaliyada aeroportlar və aviaşirkətlərin tətili səbəbindən 1000-ə yaxın reys ləğv edildi
İtaliyada aeroportlar və aviaşirkətlərin kütləvi tətili səbəbindən 1000-ə yaxın reys ləğv edildi, nəticədə 250 min sərnişin ziyan gördü, – məlumatı beynəlxalq media yayır.
Tətil edən işçilərin əsas tələbi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır.
Medianın yazdığına görə, tətil ölkənin bütün aeroportlarını əhatə edir.
Roma və Vinç aeroportunda 200-ə qədər uçuş ləğv edildi. Eləcə də Milan, Venesiya və Neapol aeroportlarında onlarca reys ləğv edildi.
Aviaşirkətlər bir neçə gün əvvəldən sərnişinlərə reyslərin ləğvi barədə məlumat verdilər.