İtaliyada 15104 yeni koronavirus halı aşkar edildi

23:57, 20.12.2020

İtaliyada son 24 saat ərzində 15104 yeni Covid-19 halı aşkar edildi, 352 pasiyent virusdan həlak oldu. Reuters bu barədə səhiyyə nazirinin açıqlamasına əsaslanaraq məlumat yayıb.

Koronavirus testi son 24 saat ərzində ölkə üzrə 137 420 nəfər üzərində aparılıb.

Pandemiyanın başlandığı gündən bəri İtaliyada 1.95 milyondan çox virus halı qeydə alınıb, bunların arasında 68 799 ölüm halı var.

Ölüm göstəricisinə görə İtaliya Avropada birinci yerdədir.

Oxşar