İtaliya yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır

19:20, 18.11.2026

 

İtaliya yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır.

Qanun layihəsinə əsasən, İtaliyada 13 yaşınadək uşaqlara sosial şəbəkələrdə hesab yaratmaq qadağan ediləcək, 13-15 yaş arası yeniyetmələr isə platformalardan yalnız hesabları valideynlərindən birinin hesabına bağlandığı təqdirdə istifadə edə biləcəklər. Müstəqil hesabların yaradılması isə 16 yaşdan etibarən mümkün olacaq.

“Bu dəyişiklik övladlarının rəqəmsal asılılığı ilə mübarizə aparan valideynlər, eləcə də yetkinlik yaşına çatmayanların özləri üçün həlledici dönüş nöqtəsi ola bilər” – İtaliyanın Baş naziri Corcia Meloninin “İtalyan Qardaşları” partiyasının deputatlarından biri Fabio Rampeli açıqlayıb.

Qanun layihəsinə əsasən, sosial şəbəkələrə istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyulacaq.
Qanun layihəsinin cari ilin sonunadək təsdiqlənməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Avropanın bir neçə ölkəsi artıq sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərinin tətbiqi planlarını elan edib, bəzi ölkələrdə isə yetkinlik yaşına çatmayanlar üçün hesabın yaradılması valideyn razılığı tələb edir.

Oxşar