İtaliya və Fransada daşqınlarla mübarizə aparırlar, təbii fəlakət nəticəsində iki nəfər həlak olub
İtaliyanın şimalında yerləşən Emilia-Romania bölgəsində bir neçə gündür daşqınlarla mübarizə aparırlar. Təbii fəlakət nəticəsində bir nəfər həlak olub. Məlumatı yerli media yayır.
Son iki gün ərzində bölgədən 3 minə yaxın insan təxliyyə edilib.
Eyni zamanda, Fransada da təbii fəlakətlə mübarizə aparırlar. Ölkənin cənubunda yerləşən Ardeş departamentində daşqınlar nəticəsində bir nəfər həlak olub.