İtaliya Prezidenti - Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir
İtaliya Prezidenti - Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir

 

İtaliya Prezidenti Serco Matarela Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi olduğunu bildirir. Bu haqda Serco Matarela ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı deyib.

“NATO sammitinin bəyannaməsində qeyd edildiyi kimi, dövlətlər arasında münasibətlərdə bizi az qala bir əsr geriyə salacaq hökmranlıq konsepsiyasına qayıtmaq istəyənlərə qarşı mübarizədə Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyindən ayrılmazdır” – İtaliya Prezidenti qeyd edib.

Matarela həmçinin İtaliyanın Ukrayna xalqını qətiyyətlə dəstəklədiyini vurğulayıb.

“Rusiya tərəfindən əhaliyə və mülki infrastruktura qarşı amansız hücumların güclənməsi bizim Ukraynanın yanında olmaq qərarımızı möhkəmləndirir” – İtaliya Prezidenti qeyd edib.