İtaliya polisi uşaq bağçasında planlaşdırılmış terror aktının qarşısını aldı
İtaliya polisi uşaq bağçasında planlaşdırılmış terror aktının qarşısını aldı

İtaliya polisi uşaq bağçasında planlaşdırılmış terror aktının qarşısını aldı. Məlumatı Reuters agentliyi yayır. Media vasitəsinin məlumatına görə, İtaliyalı hüquqmühafizəçilər 24 yaşlı latviyalını yaxaladılar. Güman edildiyinə görə, o, Roma yaxınlığında uşaq bağçasında terror aktını planlaşdırırdı. Yaxalanan Denis İlarionov uşaq bağçasında əldə düzəltmə bombanın partladılmasını planlaşdırırdı.

Reuters agentliyinin yazdığına görə, gənc kişi sosial şəbəkədə gizlətmirdi ki, 2017-ci ilin oktyabrında Nyu Yorkda piyada gəzənlərin üzərinə maşını sürən, Saipulo Saipova qarşı simpatiyası var idi. Hadisə zamanı səkkiz nəfər həlak oldu.

yayılan məlumata görə, İtaliya polisinə xəbərdarlığı planlaşdırılan terror aktı barəsində ABŞ-ın Federal İstintaq Bürosu verdi.