İtaliya hökuməti məktəblərdə burka və niqab taxılmasını qadağan etməklə yanaşı, italyan dilini zəif səviyyədə bilən şagirdlərin siniflərdə sayına limit qoyub

15:23, 25.09.2026

İtaliya hökuməti məktəblərdə burka və niqab taxılmasını qadağan edib, italyan dilini zəif bilən şagirdlər üçün isə siniflərdə limit müəyyənləşdirib

İtaliya hökuməti müsəlmanların məktəblərdə burka və niqab taxmasını qadağan etməklə yanaşı, italyan dilini zəif səviyyədə bilən şagirdlərin siniflərdə sayına limit qoyub.

İbtidai siniflərdə tətbiq olunacaq limit yalnız İtaliya vətəndaşlığı olmayan və İtaliyada doğulmayan şagirdlərə şamil ediləcək. Onların bir sinifdə sayı 30 faizlə məhdudlaşdırılacaq. Qaydanı pozan şəxslər 1 000 avro məbləğində cərimələnəcək.

“Doyçe Velle”nin məlumatına görə, dəyişikliklər 60 gün ərzində parlament tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin parlament koalisiyası qanunverici orqanda çoxluğa sahibdir.

Oxşar