İtaliya, Fransa və İsveçrədə təbii fəlakət bir neçə insanın həyatına son qoyub

23:04, 18.04.2025

 

İtaliya, Fransa və İsveçrəni güclü fırtına vurub. Təbii fəlakət əsasən güclü yağıntı və çovğun nəticəsində bir neçə nəfərin həyatını itirdiyi Alp bölgəsində tüğyan edir. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Medianın məlumatına əsasən, İtaliyanın şimalında leysan yağış daşqına səbəb olub. Piemon, Cənubi Tirol və Lombardiya bölgələrində ərazilər su altında qalıb. Valdano şəhərində sel suları ata və övladının olduğu avtomobili aparıb. Onların hər ikisi həlak olub. Piemonda su basmış evlərdən birində 92 yaşlı kişi ölü tapılıb. Aosta vadisində 6400-ə yaxın abunəçi işıqsız qalıb.

İsveçrənin kurortlarına da elektrik enerjisi verilmir, telefon şəbəkələrində də fasilələr var. Fırtınaya görə Tsermati kurortuna gedən yol bağlanıb.

Fransanın Val Torans kurortunda bir nəfər həlak olub. Qadın uçqun altında qalıb və infarkt keçirib.

Oxşar