İtaliya Alplarında qar uçqunu nəticəsində beş alman alpinist həlak olub
İtaliya Alplarında qar uçqununun nəticəsində beş alman alpinist ölüb. “Reuters”in məlumatına görə, alpinistlər şənbə günü Solda kəndinə yaxın yerləşən Çima Vertana dağına qalxmaq üçün yola düşmüşdülər. Medianın yazdığına görə, qar uçqunu onların zirvəyə doğru irəlilədiyi vaxt baş verib.
Xilasedicilər iki kişinin və bir qadının cəsədlərini şənbə günü tapıblar, daha iki nəfərin – ata və onun 17 yaşlı qızının – cəsədləri isə bazar günü aşkar olunub.
Məlumatlara görə, onlarla birlikdə olan digər iki alpinist sağ qalıb və xəsarət almayıb.
İsveçrə sərhədinə yaxın yerləşən Ortler dağları, İtaliya Alplarının bir hissəsi olaraq, təcrübəli yürüşçülər və alpinistlər üçün məşhur marşrut hesab olunur.