“Italfarmaco Group”un baş icraçı direktoru: Gürcüstan Səhiyyə Nazirliyinin ölkədəki pasiyentlər üçün “Givinostat” preparatını əlçatan etmək istiqamətində nümayiş etdirdiyi qətiyyət bizi xüsusilə təsirləndirdi

16:08, 31.07.2026

“Son bir həftə ərzində Gürcüstanın Səhiyyə Nazirliyi ilə çox sıx əməkdaşlıq etdik ki, Dyüşen əzələ distrofiyası olan pasiyentlər üçün Gürcüstanda “Givinostat” preparatının əlçatanlığını təmin edəcək həll yolu tapa bilək”, – bunu “Italfarmaco Group”un baş icraçı direktoru Françesko Di Marko bildirib.

Onun sözlərinə görə, nazirliyin “Givinostat” preparatını Gürcüstan pasiyentləri üçün əlçatan etmək istiqamətində göstərdiyi qətiyyət və sadiqlik xüsusilə böyük təəssürat yaradıb.

“Bu razılaşma tərəfdaşlığın gücünü aydın şəkildə nümayiş etdirir. Pasiyentlər, dövlət və sənaye bir araya gəldikdə, mümkünsüz heç nə qalmır və bütün səylərin mərkəzində məhz pasiyent dayanır. Bu əməkdaşlıqla həqiqətən qürur duyuruq və bu imkanın bütün pasiyentlərə çatdırılması üçün Gürcüstan hökuməti və pasiyent icması ilə birgə işi davam etdirəcəyik”, – deyə Françesko Di Marko bildirib.

Xatırladaq ki, İtaliyanın “Italfarmaco” şirkəti ilə Dyüşen əzələ distrofiyası olan pasiyentlər üçün nəzərdə tutulan “Givinostat” preparatının alınmasına dair müqavilə imzalanıb.

Oxşar