İsveçrənin xizək kurortunda baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb.
Bu barədə “Reuters” xəbər verir.
Polisin məlumatına görə, yaralananlar arasında turistlər də var və hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.
Polisin açıqlamasında qeyd olunur ki, yaralıların əksəriyyətində ağır xəsarətlər və yanıq izləri müşahidə olunur.
Hadisə yerinə 10 helikopter, 40 təcili tibbi yardım maşını və 150 xilasedici cəlb olunub.
Yanğının yaranma səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
Polisin bildirdiyinə görə, ərazi tamamilə bağlanıb, Krans-Montana üzərində hava məkanı qapadılıb.
Məlumat üçün bildirək ki, partlayış yerli vaxtla saat 01:30-da İsveçrənin Krans-Montana xizək kurortunda, Yeni ilin qeyd olunduğu Le Constellation Bar and Lounge-da baş verib.