İsveçrənin xizək kurortunda baş verən partlayış nəticəsində azı on nəfər həlak olub

14:54, 01.01.2026

İsveçrənin xizək kurortunda baş verən partlayış nəticəsində azı on nəfər ölüb, yaralananlar var.

Bu barədə “Sky News” məlumat yayıb.

Partlayış yerli vaxtla saat 01:30-da, Yeni ilin qeyd olunduğu Krans-Montana xizək kurortunda yerləşən Le Constellation Bar and Lounge məkanında baş verib.

Azı on nəfər yaralanıb.

Medianın məlumatına görə, partlayış zamanı barda 100-dən çox insan olub.

İsveçrə mediası yazır ki, partlayışa ehtimal ki, pirotexniki vasitə səbəb olub, lakin dəqiq səbəb hələlik məlum deyil.

Polis hadisənin terrorla əlaqəli olmadığını təsdiqləyib.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.

Oxşar