İsveçrədə son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı
İsveçrədə son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi, 2 823 yeni halı qeydə alındı. Bu isə, öncəki günün göstəricisindən iki dəfə artıqdır.
Məlumatı “Qardian” nəşri yayır.
Bu vaxt üçün ölkə miqyası ilə xəstəxanalarda 5 167 virusa yoluxan insan müalicə olunur.
Ümumilikdə, virusun yayılmasından bu günə qədər, İsveçrədə koronavirusun 68 704 təsdiqlənmiş halı aşkar edilib, 816 insan vəfat edib.