İsveçrə səfirliyi yanında fəaliyyət göstərən Rusiya maraqları bölməsi Rusiya vətəndaşlarını Gürcüstana səfər etməzdən əvvəl riskləri qiymətləndirməyə çağırır
İsveçrə səfirliyi yanında fəaliyyət göstərən Rusiya Federasiyasının maraqları bölməsi Rusiya vətəndaşlarını Gürcüstana səfər etməzdən əvvəl ehtiyatlı olmağa və riskləri ölçüb-biçməyə çağırır.
Onların məlumatına əsasən, pasportlarında doğum yeri olaraq “Ukrayna Sovet Sosialist Respublikası, Abxaziya Muxtar Sovet Sosialist Respublikası, Cənubi Osetiya, Krım, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojie və Xerson vilayətləri” göstərilən Rusiya Federasiyasının vətəndaşlarının son vaxtlar Gürcüstana girişinə icazə verilməməsi halları artıb.
“Gürcüstanın sərhəd orqanlarının hərəkətlərinin Rusiya vətəndaşlarının Gürcüstanda tətil planlarına qeyri-müəyyənlik elementi əlavə etdiyi indiki vəziyyətdə, ora səyahət etmək istəyən vətəndaşlarımıza bütün halları və potensial riskləri diqqətlə ölçüb-biçməyi qəti şəkildə tövsiyə edirik” – bəyanatda deyilir.