İsveçin Xarici İşlər Nazirliyində İranda İsveç vətəndaşının ölümlə cəzalandırıldığını bildirirlər
İranda İsveç vətəndaşı ölümlə cəzalandırılıb. Media bu haqda məlumatı İsveçin xarici işlər nazirinə istinadən yayır.
İsveç mediasının məlumatına əsasən, İsveç vətəndaşını martın 18-də səhər cəzalandırıblar.
“Bu səhər İranda bir İsveç vətəndaşının ölümlə cəzalandırılmasından dərin kədərlə xəbər tutdum” – İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard bildirib.
Məlumat üçün bildirək ki, İsveç vətəndaşı 2025-ci ilin iyun ayında İran hakimiyyəti tərəfindən saxlanılıb və “məhkəmə prosesi” nəticəsində ölüm cəzasına məhkum edilib.
Bundan əvvəl “Sky News” İsrailə casusluq etməkdə ittiham olunan bir kişinin İranda edam edildiyinə dair məlumat yaymışdı. Medianın məlumatına əsasən, kişi İranda İsrail kəşfiyyat xidməti “Mossad”a “həssas yerlər haqqında şəkillər və məlumat verməkdə” günahkar bilinib.