İsveçin Upsala şəhərində atışma nəticəsində üç nəfər ölüb

22:57, 29.04.2025

İsveçin Upsala şəhərində atışma nəticəsində üç nəfər ölüb. Bu barədə məlumatı yerli polis yayıb.

Qurumun bəyanatında qeyd olunduğuna görə, şəhərin böyük bir hissəsi bağlanıb. Polisin məlumatına görə, onlar vətəndaşlardan atəş səsləri barədə zənglər alıblar.

İsveç polisinin bəyanatına görə, hadisə ilə bağlı istintaq başlanılıb.

Cinayətin motivi və ehtimal olunan cinayətkar hələlik məlum deyil.

İsveç mediasının verdiyi məlumata görə, hücum edən şəxs hadisə yerindən elektrik skuteri ilə qaçıb.

Oxşar