İsveçin məktəblərindən birində atışma nəticəsində 5 nəfər xəsarət alıb

17:53, 04.02.2025

 
İsveçin məktəblərindən birində atışma nəticəsində 5 nəfər xəsarət alıb.

Məlumatı “BBC” yayır.

Hadisə yerli vaxtla saat 13:00-da Stokholmdan 200 km aralıda yerləşən Orebro yaşayış məntəqəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım və patrul briqadaları səfərbər olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əhalini məktəbin perimetrinə yaxınlaşmaqda təmkinli davranmağa çağırırlar. Bu mərhələdə əlavə təfərrüatlar bilinmir.

Oxşar