İsveçin xarici işlər naziri - İsveç Gürcüstandakı cari hadisələrdən narahatdır, demokratik və Avropayönümlü qüvvələri dəstəkləməyə davam etməkdə qəti qərarlıyıq
İsveçin xarici işlər naziri - İsveç Gürcüstandakı cari hadisələrdən narahatdır, demokratik və Avropayönümlü qüvvələri dəstəkləməyə davam etməkdə qəti qərarlıyıq

 

Biz demokratik və Avropayönümlü qüvvələri dəstəkləməyə davam etməkdə qəti qərarlıyıq – bu haqda İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard İsveçin 2026-cı il üçün xarici siyasəti haqda hesabat təqdim etdiyi qanunverici orqanda çıxışında deyib.

Onun sözlərinə əsasən, hazırda bir çox ölkə Avropa İttifaqının qapısını döyür və onlar azad Avropanın və dünyanın ən böyük vahid bazarının bir hissəsi olmaq istəyirlər.

“Namizəd ölkələrin Avropa İttifaqına üzvlük istiqamətində irəliləyişə nail olmasına kömək etmək bizim maraqlarımıza uyğundur. İsveç Gürcüstandakı cari hadisələrdən dərin narahatdır. Eyni zamanda, ölkədə mövcud olan demokratik və Avropayönümlü qüvvələri dəstəkləməyə davam etməkdə qəti qərarlıyıq” – Maria Malmer Stenerqard bildirib.