İsveçin baş naziri – Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün razılığa çox şey tələb edir

13:44, 09.01.2023

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün razılığa çox şey tələb edir, – bu barədə İsveçin baş naziri, Ulf Kristerson bəyan etdi.

“Türkiyə təsdiq etdi ki, biz dediklərimizi etdik. Lakin yenə deyir ki, nəyi də edə bilmiriksə, nəyi də vermək istəmiriksə, onu istəyir”, – İsveçin baş naziri qeyd etdi.

Ulf Kristersnun bəyan etdiyinə görə, Türkiyə qərarı qəbul edəcək, lakin vaxt məlum deyil.

Türkiyə İsveçdən, Türkiyənin təsdiq etdiyinə görə Fətullah Gülən və kürd təşkilatları ilə əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir. Dekabrın sonunda Ankara İsveç Ali Məhkəməsinin Türkiyə hakimiyyətinin Fətullah Gülənlə əlaqəsi olduğunu iddia etdiyi jurnalistin ekstradisiyasına mane olmasından narazılığını ifadə etdi. Ərdoğanın hakimiyyəti 2016-cı ilin dövlət devrilişi cəhdidndə məhz Gülənin günahlandırır.

Oxşar