İsveçdə “Yohannes” adlı fırtına bir nəfərin ölümünə səbəb olub
İsveçdə “Yohannes” adlı fırtına bir nəfərin ölümünə səbəb olub

İsveçdə “Yohannes” adlı fırtına nəticəsində bir nəfər həyatını itirib. Güclü külək ağacları kökündən çıxarıb, onlardan biri bir kişinin üzərinə aşıb. Xəstəxanaya çatdırıldıqdan sonra həmin şəxs vəfat edib. Daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Təbii fəlakət səbəbindən təxminən 40 min abonent elektrik enerjisiz qalıb. Dəmir yolu nəqliyyatında da problemlər yaranıb, onlarla reys ləğv edilib. Finlandiyada da təxminən 80 min abonent elektrik enerjisiz qalıb. Güclü külək 7 metrlik dalğalar yaradıb. Bir neçə aeroportda uçuşlar dayandırılıb. Bərə və kruiz gəmilərinin hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Fırtına ilə Norveçdə də mübarizə aparılır. Burada təxminən 23 min abonentin elektrik enerjisi kəsilib. Aviasiya, dəmir yolu və bərə nəqliyyatı da müvəqqəti olaraq dayandırılıb. Ölkənin bəzi regionlarında avtomobil yolları bağlanıb.