İsveçdə orta məktəbdə qılıncla silahlanmış hücumçu bir neçə nəfəri yaralayıb
İsveçdə orta məktəbdə qılıncla silahlanmış hücumçu bir neçə nəfəri yaralayıb. Bu barədə məlumatı “Euronews” yayır.
Faqersta Munisipalitetinin məlumatına əsasən, qılıncla silahlanmış hücumçu “Brinnelskolan”a basqın edib və polis tərəfindən saxlanılanadək bir neçə nəfəri yaralayıb.
Yerli medianın məlumatına əsasən, hücumçu tiyəli bıçaq ilə silahlanıbmış və polis onu ayağından vurub. Yerli hakimiyyət orqanları xəsarət alanların sayını açıqlamayıb. Lakin onlar polis əməkdaşlarının məktəbdə yoxlama apardıqlarını təsdiqləyiblər. Ehtiyat tədbiri olaraq ətrafdakı bir neçə məktəb bağlanıb.